Boyama
Boyama — qələm, boya, flomaster və ya başqa bədii vasitələrlə müxtəlif kompozisiyaları rəngləmək üçün nəzərdə tutulmuş kitabdır və ya səhifədir. Kitabda rəsmin bütün konturları artıq çap edilmiş olur, lakin bütün rəsm, qara rəng istisna olmaqla, adətən rəngsiz olur.
== Tarix ==
The Little Folks' Painting Book adını daşıyan ilk boyama kitabı 1880-ci ildə ABŞ-da, McLoughlin Brothers şirkəti tərəfindən hazırlanmışdır. 1907-ci ildə Riçard F. Autkolt (Richard F. Outcault) adlı müəllif boyama üçün komikslərdən ibarət olan Buster’s Paint Book kitabını nəşr etdirmişdir və ondan sonra boyama kitabları populyarlıq qazanmağa başlamışdırlar.
1960-cı illərdə boyama kitablarının "Qızıl vaxtı" başlamışdır və onlar uşaq mağazalarında ən populyar mala çevrilmişdirlər. Boyama kitablarında tozsoranlardan tutmuş avtomobillərə və müxtəlif komikslərin qəhrəmanlarınadək müxtəlif şəkillər təqdim edilirdi.
1980-ci illərdə bir neçə nəşriyyat evi böyüklər üçün maarifləndirici boyama kitabları nəşr etmişdirlər. Onlar rəngli kodlaşdırmanın və ətraflı sxemlərin köməkçi təhsil vasitələri kimi istifadə olunduğu anatomiya və fiziologiya kimi buraxılış ili səviyyəsində olan fənlərin öyrənilməsi üçün nəzərdə tutulmuşdur. Nümunə kimi "Anatomik boyama kitabı"nı (orijinal adı "The Anatomy Coloring Book") və Uin Kapitin (Wynn Kapit) və Lourens Elsonun (Lawrence Elson) müəllifliyi altında HarperCollins (1990-cı illərdə) və Benjamin Cummings (2000-ci illərdə) nəşriyyat evlərində nəşr edilmiş sonrakı kitab seriyasını göstərmək olar.
== Faydalı xüsusiyyətləri ==
Qələm və ya fırça ilə edilən monoton hərəkətlər insanı rahatlaşdırırlar.